Bohem sənətkar
24 Mart 2019 Rəsm

Bohem sənətkar

Kibrit

Bu il görkəmli Azərbaycan heykəltəraşı və qrafiki Sənan Qurbanovun ölümündən 20 il keçir.

Azərbaycan incəsənətində özünəməxsus yeri olan heykəltəraş və qrafika ustası Sənan Qurbanov, 1938-ci ilin 12 avqustunda Bakı şəhərində anadan olub. 1955-59-cu illərdə Əzim Əzimzadə adına rəssamlıq məktəbində heykəltəraşlıq ixtisasına yiyələnmiş sənətkar, təhsilini davam etmək üçün Leninqrada yollanır, 1960-63-cü illərdə burada V.Muxina adına Ali Bədii-Sənaye Məktəbində oxumuşdur. Lakin rəssam buradakı təhsilini bitirə bilmir, çünki 1963-cü ildə təhsil aldığı dövrdə "qərb burjua mədəniyyətini" ali təhsil müəssisəsində yayması ittihamı ilə universitetdən xaric edilir.

Bu səbəbdən rəssam Bakıya dönür və 1963-67-ci illərdə təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tamamlayır. Bu zamanda sənətkarın intensiv yaradıcılıq dövrü başlayır və demək olar ki, həyatının sonuna kimi davam edir. İxtisası üzrə heykəltəraş olan rəssamın heykəltəraşlıq əsərləri ilə yanaşı, gözəl rəng qrafikası da var. O, həmçinin pastellə də gözəl işləməyi bacarırdı. Rəssam kimi əsərlərinin sərgisi Rusiyada, Avstriyada, Polşada və s. ölkələrdə nümayiş etdirilmişdi.

Sənan Qurbanov eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanmış tamaşaların səhnə tərtibatı ilə də məşğul olmuşdur. Bunlardan biri musiqisinin müəllifi Qara Qarayev olmuş Əbdürrəhim bəy Haqverdiyev "Pəri-cadu"əsərinə qoyulan pyes idi. Sənan Qurbanov həm də Rostropoviçlərin Bakıdakı ev-muzeyinin girişində asılmış Mstislav Rastropoviçin barelyefinin müəllifidir.

Müstəqillik dövründə yaradıcılığının yetkin çağını yaşayan rəssam həm də gəncliyi ətrafına yığmış, onun sənətkar emalatxanası isə Bakının undergorund-bohem həyatında mühüm rol oynayan bir mərkəzə çevrilmişdi. SoNoR müasir musiqi ansamblının qurucularından biri, konsert pianoçusu Samir Mirzəyev o illəri belə xatırlayır: "Sənanın “Olimp” mağazasının yanındakı, içində piano olan emalatxanasını yaxşı xatırlayıram. Qaranlıq 90-cı illərin ortalarında o emalatxana sözün əsil mənasında bohema mərkəzinə çevrilmişdi.

Rəssamlar, musiqiçilər, filosof və şairlər toplanırdı orda. Məhz orada biz rəhmətlik rəssamlar Ucal Haqverdiyev, daha çox "Yeddi oğul istərəm" filmindəki Mirpaşa rolu ilə məşhur olan gözəl rəssam Elçin Məmmədov, Elyar Əlimirzəyev və başqaları ilə tanış olduq. Çox gərgin mübahisələr gedirdi bəzən, amma ümumi atmosfer dostcasına idi. Azərbaycanda postsovet dövründə ilk avangard musiqi ansamblı olan “SoNoR”un yaranmasının səbəblərindən biri də elə burada qurulmuş dostluqlar idi — deyə bilərəm".

20 il bundan öncə, 1999-cu ildə dünyasını dəyişmiş bu görkəmli sənətkarın bəzi əsərlərini qalereyamızda təqdim edirik. /Azlogos/

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev