Tarix müəlliminin qeyri-adi bacarığı - Video
24 Mart 2019 Rəsm

Tarix müəlliminin qeyri-adi bacarığı - Video

Kibrit

Lənkəranda yaşayan tarix müəllimi qeyri-adi bacarığı ilə həmkarlarından fərqlənir. O, heç bir köməkçi vasitəyə baxmadan istənilən ölkənin xəritəsini dəqiqliklə çəkə bilir. Gənc müəllimin digər bacarığı isə ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər yaratmasıdır.

Söhbət Lənkəranın Sütəmurdov kəndində yaşayan Vüsal Cabbarovdan gedir.

Tarixi müəllimi olan Vüsal Cabbarovun coğrafi bilikləri də çox yüksəkdir. O, heç bir köməkçi vasitəyə baxmadan dünyanın istənilən ölkəsinin xəritəsini dəqiqliklə çəkə bilir. Bura təkcə indiki yox, qədim dövlətlər də aiddir. Gənc müəllimin bu qeyri-adi bacarığı məktəbdə tarix fənnini tədris edərkən xəritələrə tez-tez müraciət etmək zərurətindən yaranıb.

Vüsal Cabbarovun digər bacarığı isə ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər yaratmasıdır. Bu üsulla təsviri incəsənət nümunələri yaratmaq daha çətin olduğundan gənc müəllimin 1 ilə qədər üzərində çalışdığı kompozisiyalar da var.

Vüsal Cabbarov deyir ki, bu üsul rəngkarlıqdan xeyli fərqli və çətindir.

Vüsal Cabbarov əl işlərinə görə respublika əhəmiyyətli sərgilərdə diplomlarla təltif edilib. Maraqlı əl işlərinə imza atan tarix müəlliminə artıq sifarişlər də gəlir. Amma o, sözügedən əl işlərini satmağa tələsmir. Əsərlərini satmamışdan əvvəl onlara müəlliflik hüququ almağı düşünür. /Xəzər TV/

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev