Rafiq Babayev -
25 Mart 2019 Musiqi

Rafiq Babayev - "Əlvida"

Əliş Əsədulla

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi də Azərbaycan üçün heç xoş olmadı. Necə gəlmişdisə, elə də getdi.

Rafiq Babayev 1936-cı il 31 martda Bakıda anadan olub. Doğulduğu ailənin bütünlüklə ruhuna hopmuşdu musiqi. Maraqlısı orasındadır ki, Babayevlər ailəsinin 6 övladı çətin şəraitdə böyümələrinə baxmayaraq, hər biri gələcəkdə peşəkar musiqiçi kimi tanınırlar.

Rafiq gənc illərində musiqi ilə, əsasən də jazz musiqisi ilə maraqlanmağa başlayır. 1943-cu ildə 160 nömrəli musiqi məktəbinə daxil olur. Burada təhsilini başa vurduqdan sonra 1950-1954-cü illər arasında Asəf Zeynallı adına musiqi məktəbində R.S.Levinanın fortepiano sinfində musiqi təhsilini davam etdirir. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində çalışır. 1959-cu ildə Bakı Konservatoriyasını bitirib həmin qrupun musiqi rəhbəri kimi SSRİ-nin müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Bakıya qayıtdıqdan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Bütün bu illər ərzində və həyatının geridə qalan hissəsində müxtəlif festivallarda iştirak edir. İctimai işlərlə də məşğul olur, müxtəlif musabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olmuşdur.

Rafiq Babayevin filmoqrafiyası çox genişdir. 50-ə yaxın filmdə bəstəkar, drijor kimi çıxış etmişdir. Amma, sözsüz, bir film var ki, onun yaddaşlarda qoyduğu iz tamam başqadır. “Təhminə” filmi. Anarın sözlərinə yazılmış “Əlvida” musiqisi indi də Azərbaycan dinləyicisinin playlistində öz yerini qoruyur.

Ölümündən bir il əvvəl Rafiq Babayevə Azərbaycan Respublikasının Xalq artisti adı verilir.

1994-cü il 19 martda erməni ekstremistləri terror aktı törədirlər. Metrostansiyada baş verən partlayış nəticəsində onlarla sakin həlak olur. O insanlardan biri də Rafiq Babayev olur.

2008-ci il aprelin 11-də Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi, Xalq artisti, cazmen, pianoçu, bəstəkar Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomu təqdim olunur. Alboma Rafiq Babayevin həyat və yaradıcılığından bəhs edən kitab, nadir videoyazılar olan 2 DVD və sənətkarın əsərlərindən ibarət 8 CD daxil edilmişdir. /İkiqat/

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev