Qadınlar içimizdəki uşağı canlı saxlayırlar
26 Mart 2019 Kino

Qadınlar içimizdəki uşağı canlı saxlayırlar

Kibrit

Ayna: sənətkar parazit kimi öz uşaqlığıyla bəslənir

Rejissor Andrey Tarkovskinin Le Monde qəzetinə verdiyi müsahibə zamanı söylədiyi düşüncələr

“Qadınlar barədə söyləmək istədiyim sözlər var” deyə Andrey Tarkovski söhbətə başlayır. “Bu filmim qadınları və uşaqları birləşdirən bir insandan söhbət açır. Fəqət bu adam bir oğul kimi, ya da ər kimi uğurlu kişi sayılmaz, uşaqlar da atadan, onları himayə edəcək kişidən məhrumdular. Buna görə də adam, hekayəni nəql edən adam, ağ pərdədə görünmür. Onu bir dəfə altı yaşında, bir dəfə də müharibə zamanı, on iki yaşındaykən görürük.”

“Hekayəni danışan adamın münasibətləri parçalanıb, mənəvi tarazlığını yenidən yaratmaq üçün bu münasibətlərini yeniləməlidi, fəqət bunu etmir. Axır-əvvəl sevgi borcunu ödəyəcəyinə ümid edərək yaşayır, ancaq bu kiminsə qurtula biləcəyi borc deyil”.

“Qadınlar hər şeyi yıxıb dağıdırlar..Yox, yox, zarafat edirəm. Onların rolunu bu formada anlaya bilərik, ancaq onları sevirik, bizi böyüdən, fərd kimi yetişdirən onlardı. Qadınlar mətanət sahibidilər, içimizdəki uşağı canlı saxlamağa çalışırlar, halbuki biz artıq çoxdan yaşlı adamlara dönüşmüşük. Ayna (Tarkovskinin filmi-tərc.) təsadüfən seçilən ad deyil. Hekayəni danışan insan arvadını anasının davamı kimi görür, çünki zövcələr analara bənzəyirlər, xətalar yenidən təkrarlanır. Əcaib əksetmədir. Yenilənmə qanundur, təcrübə ötürülmür, hər kəsin özünün yaşayıb təcrübə etməsinə gərək var”.

“Filmlərimdə həmişə təbiət görünür, bu üslub məsələsi deyil. Həqiqətin özüdü. Atam savaşda çarpışarkən, anam bizi hər baharda kəndə aparardı. Bunu vəzifəsinə çevirmişdi, həmin zamanlardan bəridir ki, təbiəti anamın varlığıyla əlaqələndirirəm”.

“Şəhər insanı təbii həyat haqqında heç nə bilmir, zamanın necə keçdiyini hiss etmir, zamanın spontan axışını duymur. Uşaq gələcəyinin təminatını təbiətdə tapır, öz iradəsini təbiət qoynunda tərbiyələndirir. Bu yalnızlıq durumu sonralar onun insanlarla tanışlıq qabiliyyətini formalaşdırmasına da imkan yaradır. Əgər insan sosial heyvandısa, deməli digər insanların iradələriylə bağlılıq içində həyatda qala bilər. Anam qeyri-ixtiyarı şəkildə, intuitiv olaraq təbiətin vazkeçilməz olduğunu bilirdi, buna görə bizə də kəndli kültürünü aşıladı”.

“Həyat yoldaşımla birgə bir neçə il əvvəl kənd evi aldıq. Oğlumun, həmin məkanda yaşayacaq tək uşaq olacağına rəğmən, yenə də ora getmək üçün səbrsizləndiyini görmək çox xoşuma gəlir. Oğlumun varlığının Rus tərəfi ailəmizdəki bu qavrayışa, təbiətə duyulan bu sayğıya bağlıdır”.

“Bu filmin ardına dair heç nəyi xatırlamıram. Hafizə bu anın ərmağanıdı, söhbət etdiyim anın vəziyyətidir, keçmişə yönəlik baxış deyil. Həmin keçmişi belimdəki kəmərdən asılmış, gərəkli, ancaq bəzən çox ağırlaşan çanta kimi daşıyıram”.

“Bütün sənət əsərləri hafizəyə söykənir, yaddaşdakı xatirələri büllurlaşdırmağın, aydınlığa çıxarmağın vasitələridir. Ağac üzərindəki böcəyə bənzər şəkildə sənətkar da parazit kimi öz uşaqlığından bəhrələnir. Sonra topladıqlarını xərcləyir, yetkinləşir və bu mərhələ də gəlib çatdığı son nöqtə olur”.

“Parisdə Bressonla (fransız rejissor Rober Bresson-tərc.) tanış olmaq istəyirdim. Onunla heç bir ortaq nöqtəmiz yoxdu, ancaq tanıdığım ən yaxşı rejissorlardan biridir. Onu görməyi, çöhrəsinə, necə söhbət etdiyinə tamaşa etməyi çox istərdim. Ona heç bir sualım yox idi, sırf özünü canlı görmək mənə bəs edəcəkdi. Ona hər zaman qibtə etmişəm, çünki, bizim məmləkətdə dedikləri kimi “müştəri”ni başdan çıxarmağa çalışmır. Cüzi dərəcədə ifadə vasitəsi istifadə edir. Bu cür sadəliyə yetmiş başqa kimsə yoxdur”.

“Bresson həyat haqqında danışmağın, həyatın bənzərsiz yönlərini göstərməyin, hər jestin bəyaz pərdədə təkrarlanmayacağını ifadə etməyin imkanlarını axtarıb tapmağa çalışır. Fəqət bu məsələdə belə bir ziddiyyət var: bütün jestlər yalındır. O, yalın və siravi yaşantıları bənzərsiz şəkildə ifadə edir. Onun sonsuz dərəcədə böyük yaşantıları sonsuz dərəcədə kiçik yaşantılarla əlaqələndirib bağlamaq qabiliyyəti məni hər zaman heyrətləndirib. Sanıram onun nə deməyə çalışdığını dərk etməyi bacardım”.

Bilgə

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev