“Kazbek”ə oynayan qızlar harda haqlıdır?
1 Aprel 2019 Vəsfi-hal

“Kazbek”ə oynayan qızlar harda haqlıdır?

Aliyə

Yəqin, Azərbaycanda çıxan audio-video məhsullar arasında “Kazbek” kimi onlarla mahnı var. Görünür, “Kazbek” bunların ən dilə, beyinə yatımlısıdır. Məsələ belə başlayır; əvvəlcə bir ziyafətdə bu musiqiyə xeyli qadının oynadığı təsvir olunan video yayılır. Bu video hiddət topladıqdan sonra bu mahnıya oynayıb-oxuyan qızların görüntülərindən ibarət klip də meydana buraxılır. Daha sonra, Milli Məclisin deputatı Fazil Mustafa bu halı xeyli pisləyir, bu məsələ ilə bağlı ölçü götürmək haqda daxili işlər nazirinə müraciət edir.

“Kazbek” mahnısı ətrafında yaşanan hallar ölkəmizdə onsuz da sirr olmayan  xeyli problemin üstünü açdı. Məlum oldu ki;

- Həyata baxış kişimərkəzçidir. O mahnıya oğlanlar oynasalar, oxusalar bu reaksiya olmayacaqdı.

- “Kazbek” videosuna tənqidi yanaşma olduqca avtoritardır, insanlar hansısa xoş gəlməyən məsələyə avtoritar yanaşır, kəskin hökmləri dəstəkləyir, qadağalara meyllənirlər.  

- Məsul şəxslər hansısa xoşagəlməz hadisəni yaradan dərin və əsaslı səbəbləri aradan qaldırmaqdansa nəticə ilə mübarizə aparmağa üstünlük verir.

- İnsanlar rəngsiz, əzici, sıxıcı həyata özləri də bilmədən bu mahnı ilə etiraz edirlər.

- İnsanlar üçün hansısa alternativlər (sənət, əyləncə və s.) yoxdur, varsa belə, ona yol tapmayıblar.

- Ümumiyyətlə, bu videonun önə keçməsi, geniş səviyyədə müzakirə doğurması normal olmayan mühitdən xəbər verir.

Mənzərəni şərh etməyə gərək yoxdur yəqin ki. Narkotikin təbliği, onunla bağlı hansısa kampaniyaya şüurlu-şüursuz qoşulmaq əlbəttə ki, pisdir. Bunu isbatlamağa ehtiyac yoxdur. Heç nə də olmasa, narkomaniyanın necə pis olduğu haqda Azərbaycan teatrının primitiv,  birinci sinif uşaqlarına belə darıxdırıcı gələn “Gördün axırı necə oldu?” mesajlı keyfiyyətsiz tamaşaları var.

Və onların heç birində Azərbaycan gəncini narkotikə sürükləyən psixoloji-sosial vəziyyətin təsviri yoxdur.

Heç bir yerli filmdə bir gənci və ya yeniyetməni narkotikə qurşanmağa itələyən psixoloji vəziyyəti və mühiti görməmişəm. O primitiv bir-iki tamaşada da həmişə ağıllı, gözəl, tərbiyəli yeniyetmə gənci narkotikə avara dostu sürükləyir. Onda adam istəyir, soruşsun, bəs o dost narkotikə necə qurşanıb? Axı normal, psixoloji vəziyyəti, yaxşı savadı olan, mədəni mühiti olan bir şəxs narkotikə niyə qurşansın?

Nə zaman ölkənin təhsili, mədəniyyəti, televiziyası keyfiyyətli məhsulla tamaşaçıya yetişdi ki, o, pis vərdişlərə meyllənməsin? Və yaxud qol götürüb o mahnıya oynamasın?

Bunlar heç.

Gələk “Kazbek” videosuna.

Əlbəttə, qadınların bu görüntüdə yer alması ürküdücüdür. Yerli ailə institutunda uşaqları bir qayda olaraq daha çox ana tərbiyə edir. Hətta o görüntülərdən birində ana öz uşağı ilə bu mahnıya oynayır.

Onlarla sual çıxır:

Cəmiyyətdə ailə hansı təməl prinsiplə qurulur?

Bu qadın uşağının böyüyəndə kim olmasını istəyir?

Adamların qəhrəmanı kimdir?

Əmin olun, o qızlar narkotika çəkmir, çəkmək də istəmir, uşaqlarının, ya sevgilisinin narkoman olmasını istəməyən sıradan qızlardır. Bu mahnıya niyə oynayırsan, belə sözləri var deyib sorğulasaq da “xoşuma gəlir”dən başqa cavabı olmayacaq.

Əmin olun, insanları o mahnıya çəkən, onlara narkotika istifadə edən Aydın Xırdalanlını, Hüseyn Dəryanı və ya başqasını sevdirən bu sənətçilərin narkotik çəkməyi deyil, onlardan fərqli olaraq, bir ovuc azadlığa qovuşmalarıdır.

İnsanlar azadlığı sevir. 

Bəlkə o qadınların əlindəki azadlıqlarından biri elə o mahnıya oynamaqdır? Bu cümlə ilə qadınları ayırmıram, sadəcə videoda qadınlar olduğu üçün qadınlar deyirəm. Həm də azadlıq sözünü qadına aid etmirəm, hər kəsin özünü azad hiss etmək kimi haqqı, yox, ehtiyacı var. Və bəzən bu ehtiyac belə naxoş mənzərə şəklində ortaya çıxır. Bu mənzərənin arxasındakını bir film, bir tamaşa, bir əsər göstərməlidir. Haradadır bu film, bu tamaşa bu əsər, varsa niyə insanlara yetişmir?

Bunlar da bir ayrı mövzudur. Bu qədər səbəb var. “Kazbek” yalnız nəticədir. Hiddətə səbəb olan nəticə...

Azca sakitləşək. Bir dəqiqəlik o mahnının itələyici sözlərini və özünü unudaq, sadəcə düşünək, bir mahnı oxuyan və oynayan insanlarla bağlı ölçü götürmək üçün daxili işlər nazirinə müraciət edirlər.

Fazil Mustafanın məlum müraciəti haqlı məqamlarla doludur, amma absurd görünür. Niyə? Çünki, “Kazbek”dən irəli gələn, sözügedən deputatın da sorumlu olduğu səbəblər var.  O klipdə xoş olmayan hər şeyə görə, sosial sistemdə təmsil olunan hər kəs sorumludur.

Dövlət qurumlarından tutmuş qırmızı başlıqlarla oxucuları açıq-saçıq videolara çağıran, bu görüntüləri yayan KİV-ə qədər...

Bütün bu yazdıqlarıma rəğmən, cəmiyyətdə belə məsələlərə ictimai qınağın olması müsbət haldır. İnsanlara yaydıqları paylaşımlarda məsuliyyətini, anlamalıdır.

Sosiallaşmaq məsuliyyət deməkdir.

Azadlıq bu qədər yaxın, əlçatan deyil...  

Kulis

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev