7 May 2019 Xəbər-ətər

"Mona Liza" natamam qalıb

Kibrit

Güman olunur ki, Leonardo da Vinçi yaşlı vaxtı huşunu itirərək əlini zədələdiyinə görə “Mona Liza”nı tamamlaya bilməyib.

Şəkilləri tədqiq edəndən sonra iki italyan həkimi belə qənaətə gəlib.

Əvvəllər güman olunurdu ki, zədə ürək tutması nəticəsində baş verib. Ancaq plastik cərrah Davide Ladzeri və nevroloq Karlo Rossi hesab edirlər ki, bu versiya rəssamın sağ əlində fırçanın tutması ilə uyğun gəlmir. Rəssamın baş, göstərici və ortancıl barmaqları darta qalıb, çeçələ barmağı isə qatlanmış formadadır. İnsult olsaydı bütün barmaqlar yığılardı. Ekspertlər həmçinin qeyd edirlər ki, Leonardonun beynində qan dövranının pozulması nəticəsində nevroloji problemlərin olması barədə də sübutlar yoxdur.

Bundan əlavə onların fikrinə görə rəssamın barmaqlarının bu cür tutması biləyində iflicin olması ilə əlaqədardır. Adətən yaşlı insanlar başgicəllənmə hiss etdikləri zamanı yıxılır və əlini zədələyirlər. “Bu məhz onu sübut edir ki, Leonardonun son işləri “Mona Liza” daxil olmaqla natamam qalıb”, - deyə Ladzeri vurğulayıb.

Onu da qeyd edək ki, rəssam 21 yaşında ilk işlərini həm sağ, həm də sol əliylə çəkib. O hətta sol əliylə yazı yaza da bilirdi. Yağlı boya ilə işləyərkən adətən sağ əlinə üstünlük verirdi. /Azertac/

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev